Parlamentlərarası işçi qrup erməni təxribatı ilə bağlı Pakistan Senatına məktub ünvanlayıb


Siyasət 24 İyl 2020 18:43:00 152 0

Parlamentlərarası işçi qrup erməni təxribatı ilə bağlı Pakistan Senatına məktub ünvanlayıb

Azərbaycan-Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu Pakistan İslam Respublikasının Senatına Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribatı barədə məktub ünvanlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, məktub Pakistan İslam Respublikası Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri Məhəmməd Talha Mahmud tərəfindən cavablandırılıb.

Senator Məhəmməd Talha Mahmud məktubunda Azərbaycana dəstəyini ifadə edib, Ermənistan silahlı qüvvələrinin təxribatını kəskin qınayıb, General Mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyev başda olmaqla qəhrəman şəhidlərimizə Allahdan rəhmət dilədiklərini bildiriblər. Qardaş Pakistan daim olduğu kimi, bir daha Azərbaycanla birlikdə olduğunu ifadə edib.