Misirdə COVID 19a yoluxanların sayı 90 min nəfərə çatır


Dünya 24 İyl 2020 18:45:00 127 0

Misirdə COVID 19a yoluxanların sayı 90 min nəfərə çatır

Misirdə COVID-19-a yoluxanların sayı 90 min nəfərə çatır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin Səhiyyə Nazirliyinin son məlumatında indiyədək yeni növ koronavirusa 89 745 nəfərin yoluxduğu, 4400 pasiyentin isə vəfat etdiyi bildirilir.

Əlavə edilib ki, iyulun 23-də 667 yeni yoluxma, 41 ölüm faktı qeydə alınıb, habelə 602 pasiyent sağalıb.

Misir Prezidenti Əbdülfəttah əl-Sisinin göstərişi ilə Səhiyyə Nazirliyi Oksford Universitetinə 30 milyon ədəd COVID-19 əleyhinə vaksin sifariş edib.