Fransada karantin qaydaları sərtləşdirilə bilər


Dünya 24 İyl 2020 18:50:00 171 0

Fransada karantin qaydaları sərtləşdirilə bilər

Fransada COVID-19 epidemiyasının yenidən baş qaldırması ilə bağlı siqnallar hökuməti reaksiya verməyə məcbur edib.

Sanitar göstəricilərə görə son günlər ölkədə COVID-19 virusu 20-40 yaşında insanlar arasında artmaqdadır. Hökumət gənclərin bu epidemiyanı yaşlı - virusla mübarizədə daha zəif olan insanları yoluxdurmasından ehtiyat edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Müdafiə Şurasının Yelisey Sarayında keçiriləcək iclasında epidemiyanın 2-ci dalğasından yayınmaq məqsədilə yeni tədbirlər qəbul ediləcəyi gözlənilir.

Artıq iyulun 20-dən qapalı məkanlarda maska taxılması məcburi xarakter daşıyır. Bu qaydaya riayət etməyənlər cərimələnir.