"İmkansızlıqdan kökəlirik"


Şou-biznes 24 İyl 2020 17:44:00 169 0

"İmkansızlıqdan kökəlirik"

Bu beş-altı ayda çox kökəldik. Əvvəl imkan var idi kökəlmirdik. İndi imkan az, kökəlmək çox olub.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə yazıb. Həyat yoldaşı Sevinclə şəkil yayımlayan sənətçi artıq çəki almaqdan gileylənib.

Nadir daha sonra xanımı ilə bağlı sözlər yazaraq, yaşlandığını bildirib:

"İllər nə tez keçir. Gənclik çox uzaqda qaldı. Buna baxmayaraq səni daha çox sevməyə başlayıram. Həyatımın yoldaşı".