Yunanıstan kilsələrində bayraqlar endirildi “Ayasofya”ya görə


Dünya 24 İyl 2020 17:16:15 153 0

Yunanıstan kilsələrində bayraqlar endirildi  “Ayasofya”ya görə

86 il sonra “Ayasofya”da namaz qılınarkən Yunanıstandakı kilsələrdə bayraqlar endirilib, matəm zəngi çalınıb

Yunanıstanda kilsədə bayraqlar endirilib.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Ayasofya"nın məscid kimi istifadə edilməsi Yunanıstanda birmənalı qarşılanmayıb.

86 il sonra "Ayasofya"da namaz qılınarkən Yunanıstandakı kilsələrdə bayraqlar endirilib, matəm zəngi çalınıb.

Qeyd edək ki, Bu gün "Ayasofya" 86 il sonra məscid kimi ibadətə açıq elan edilib. Vətəndaşlar "Ayasofya-i Kebir Cami-i Şerifi"də ilk namaz qılmaq üçün səhər azanından sonra bölgəyə axın ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da cümə namazı üçün iqamətgahından "Ayasofya"ya gəlib.

Bəxtiyar Umarlı Son.az