Bakıda 12 yaşlı uşağı maşın vurdu


Digərləri 23 İyl 2020 18:49:35 153 0

Bakıda 12 yaşlı uşağı maşın vurdu

Dünən Binəqədi rayonunun M.K.Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 12 yaşlı S.Butayevin vurulması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub. 

Son.az DİN-ə istinadən xəbər verir ki, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Nissan" markalı avtomobili idarə edən Bakı şəhər sakini E.Fərzalıyev müəyyən edilərək saxlanılıb.