ÜST Bakı, Şamaxı və Gəncə şəhərlərində epidemioloji vəziyyətin qiymətləndirilməsini aparacaq


Digərləri 22 İyl 2020 18:44:00 160 0

ÜST Bakı, Şamaxı və Gəncə şəhərlərində epidemioloji vəziyyətin qiymətləndirilməsini aparacaq

Bu gün Səhiyyə naziri Oqtay Şirəliyev ÜST Avropa Regional Bürosu tərəfindən Azərbaycanda COVİD-19-a qarşı cavab və müzakirə tədbirləri çərçivəsində qiymətləndirici missiyanı qəbul edib.

Səhiyyə Nazirliyindən Son.az-a bildirilib ki, missiyanın məqsədi ölkədə mövcud vəziyyəti qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir. Qarşılıqlı anlaşma şəraitində keçən toplantıda Azərbaycanda hazırkı vəziyyət və COVİD-19 infeksiyasına qarşı görülən tədbirlər müzakirə edilib.

Missiya paytaxt Bakıdan başqa Şamaxı və Gəncə şəhərlərində də epidemioloji qiymətləndirmə aparılmasını planlaşdırır. Səhiyyə naziri bu işlərə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin də iştirakını qonaqlara tövsiyə edib.

Həmçinin görüşdə cari sanitar-epidemioloji vəziyyət, xəstəxana daxili infeksiyalara nəzarət, xəstəliyin artma mexanizmi, xroniki gediş və digər məsələlər müzakirə edilib.