Ağdam sakinini ilan sancdı


Digərləri 22 İyl 2020 18:45:00 147 0

Ağdam sakinini ilan sancdı

Ağdam sakinini ilan vurub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Qərvənd kənd sakini 1990-cı il təvəllüdlü Cəfərova Aynurə Cəfər qızı həyətdə işləyərkən sağ ayağından ilan sancıb.

A.Cəfərova yaxınlarının köməkliyi ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Vəziyyəti ağır olan qadına ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti orta ağırdır.