Bu da evli kişi ilə görüşən


Dünya 22 İyl 2020 18:49:01 217 0

Bu da evli kişi ilə görüşən

Türkiyənin Muğla vilayətində yaşayan 27 yaşlı tələbə Pınar Gültekinin keçmiş sevgilisi Cemal Metin Avcı tərəfindən vəhşicəsinə qətlə yetirildyi ev görüntülənib.

Son.az Sondakika-ya istinadən xəbər verir ki, Pınarın öldürüldüyü bağ evində içində ocaq qalanan bir çəllək də diqqətdən qaçmayıb. Evin qonaq otağında isə xalıların dağınıq olduğu müşahidə edilib.

Qeyd edək ki, 5 gündür yoxa çıxan qızın cinayət qurbanı olduğu aşkarlanıb. Belə ki, Cemal Metin Avcı onunla birlikdə bağ evinə gələn sevgilisini döyərək öldürdükdən sonra meyiti yandırıb, qalıqların üstünə beton töküb. Onu da əlavə edək ki, Pınar Cemal ilə münasibətlərindən xeyli müddət sonra onun evli olduğunu öyrənib. 40 yaşlı Cemal ailəlidir, 1 övladı var.