Teymur əminin qəbirüstü abidəsi qoyuldu FOTO


Şou-biznes 22 İyl 2020 06:45:00 207 0

Teymur əminin qəbirüstü abidəsi qoyuldu  FOTO

Xalq artisti, Prezident təqaüdçüsü mərhum Teymur Mustafayevin qırx mərasimi keçirilib.

Son.az pravda.az-a istinadən verdiyi məlumatına görə, mərasimlə əlaqədar olaraq T.Mustafayevin qəbirüstü abidəsi qoyulub.

Onun qəbirüstü abidəsi həyat yoldaşının və oğlunun məzarı yanında ucaldılıb.

Mərasimdə mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Qırx mərasimi zamanı Xalq artisinin məzarı önündə nəvəsi Elxanın və Novruzovlar ailəsinin adından əklil qoyulub.

Qeyd edək ki, T.Mustafayevin qızı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşının həyat yoldaşıdır.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb. T.Mustafayev iyunun 12-də doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.