Peyvənd istehsal edən ölkə xaricdən 90 milyon peyvənd sifariş verdi


Dünya 22 İyl 2020 03:33:00 177 0

Peyvənd istehsal edən ölkə xaricdən 90 milyon peyvənd sifariş verdi

Böyük Britaniya hökuməti yeni tip koronavirusa qarşı hazırlanan peyvənddən 90 milyon ədəd sifariş verib.

Son.az bildirir ki, Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" dərman şirkətinin birgə əməkdaşlığı çərivəsində istehsal olunan peyvənddən 30 milyon, Fransanın "Valvena" şirkətindən isə 60 milyon ədəd alınması üçün razılaşma əldə olunub.

Qeyd edək ki, peyvəndlər hələ ki, kliniki sınaq mərhələsindədir. Onların uğurlu nəticə verməsi təqdirində daha 40 milyon ədəd əlavə tədarük edilməsi də nəzərdə tutulub.

"The Guardian" qəzeti hər iki potensial COVID-19 peyvəndinin təsir formasının Oksford Universitetinin peyvəndindən fərqli olduğunu bildirib. (publika.az)