"Android" istifadəçilərinin DİQQƏTİNƏ: şifrə və kart bilgiləriniz belə oğurlanır


Digərləri 22 İyl 2020 02:32:00 156 0

"Android" istifadəçilərinin DİQQƏTİNƏ: şifrə və kart bilgiləriniz belə oğurlanır

"Android" əməliyyat sistemində yüzlərlə tətbiqi hədəf alaraq istifadəçilərin şifrə və kredit kartı bilgilərini ələ keçirə bilən "BlackRock" adlı zərərli proqram təminatı kəşf olunub.

Son.az xəbər verir ki, bu, "ThreatFabric" mobil təhlükəsizlik şirkəti tərəfindən aşkarlanıb.

Şirkət tərəfindən hazırlanan hesabatda "BlackRock"un "Gmail" və "Google Play" başda olmaqla, ümumilikdə 337 tətbiq vasitəsilə istifadəçilərə aid bilgiləri birbaşa hakerlərə göndərə bildiyi qeyd olunub.

Şirkət bu zərərli proqram təminatının "Avast", "BitDefender", AVG, "Trend Micro", "Kaspersky", "Eset" və "McAfee" kimi məşhur antivirus təminatları tərəfindən heç bir təhlükəyə məruz qalmadığını, "Amazon", "Google Play" xidmətləri, "Gmail", "Outlook", "Netflix", "Uber", "Twitter", "Snapchat", "Instagram", "Facebook", "WhatsApp" tətbiqlərini hədəf ala bildiyini vurğulayıb. (publika.az)