"Hər statusun altında dava gedir"


Şou-biznes 21 İyl 2020 16:37:00 183 0

"Hər statusun altında dava gedir"

Xahiş edirəm, heç olmasa, bu günlər bölünməyin, bir-birinizi qırmayın, qüsurlarınızı ağartmayın, savaşmayın.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi bir-birini tənqid edən həmkarlarına müraciət edib:

"Hər kəs "bomba oğlan, bomba qız" imicindən "bomba xalq" moduna köklənsin. Hər xırda amildə "Vətəni sevmir!" iradını yaxmayaq, hər sözdən partlamayaq. Ayrı-ayrılıqda biz balaca adamlarıq. Amma, birləşəndə böyük xalq oluruq. Dalaşmayın.

Bu günlər nə qədər irad, qınaq görürəm... Hər müzakirə, statusun altında dava gedir. Kim ağıllıdır, kim doğrudur, kim haqlıdır... Bəsdirin! Biz hamımız yaxşıyıq, mərdik, güclüyük və Vətəni sevirik".