İranda koronavirusdan ölənlərin sayında antirekord:


Dünya 21 İyl 2020 16:26:00 157 0

İranda koronavirusdan ölənlərin sayında antirekord:

İranda ötən sutka ərzində daha 229 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, bununla da İranda indiyədək bu virusdan ölənlərin sayı 14 634 nəfərə çatıb.

Sadat Lari əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 2 625 nəfər koornavirusa yoluxub. Beləliklə virusa yoluxanların sayı 278 827 nəfərə çatıb. Virus daşıyıcılarından 3 589 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, indiyədək İranda 242 351 nəfər koronavirusdan sağalıb.