Erməni təxribatı nəticəsində Tovuzda 35 evə ziyan dəyib


Digərləri 21 İyl 2020 16:17:00 209 0

Erməni təxribatı nəticəsində Tovuzda 35 evə ziyan dəyib

Erməni hərbi birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri təxribat nəticəsində Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə ciddi ziyan dəyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ilkin qiymətləndirmələrə əsasən, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib.

İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib - bu, əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.