Türkiyədə kafe və restoranların iş saatına tətbiq edilən məhdudiyyətlər ləğv edildi


Dünya 21 İyl 2020 16:09:00 160 0

Türkiyədə kafe və restoranların iş saatına tətbiq edilən məhdudiyyətlər ləğv edildi

Türkiyədə kafe və restoranların iş qrafikinə dəyişiklik edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Türkiyə Daxili İşlər Nazirliyi qərarı 81 vilayətin rəhbərlərin göndərib. Qərarda obyektlərin işləməli olduğu prinsiplər ayrı-ayrı göstərilib. Qərara görə, pandemiya ilə mübarizə əsas götürələrək, sosial məsafə, maskadan istifadə, gigiyenik qaydalara əməl olunmalıdır.

Əlavə olaraq, obyektlərə artan tələbatı nəzərə alaraq iş saatı 00.00-a qədər uzadılıb.

Qeyd edək ki, ilk qərarda kafe və restoranların 22.00-a qədər işləməsi nəzərdə tutulmuşdu