35 yaşlı kişini cəryan vurub öldürdü


Digərləri 21 İyl 2020 15:58:00 175 0

35 yaşlı kişini cəryan vurub öldürdü

İyulun 20-də saat 20 radələrində Qəbələ rayonu, Yenikənd kənd sakini Cəlil Qismətovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Qəbələ Rayon Prokurorluğundan Son.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Cəlil Qismətovun qohumunun evində elektrik xəttini cərəyana qoşmaq istəyərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.