"Bir sıra şəxslər dövlətdən aldığı 190 manatı bir ay ərzində istifadə etməyib"


Digərləri 20 İyl 2020 18:19:00 156 0

"Bir sıra şəxslər dövlətdən aldığı 190 manatı bir ay ərzində istifadə etməyib"

20 mindən çox ictimai iş yerləri hələ də boşdur, lakin insanlar o işlərdə işləməkdənsə, 190 manat birdəfəlik yardımı almağa üstünlük verir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

Ş.Mövsümov bildirib ki, bir sıra şəxslər dövlətdən aldığı 190 manatı bir ay ərzində istifadə etməyib. O qeyd edib ki, həmin şəxslər növbəti ay 190 manatdan məhrum edilib: "Həmin şəxslər bu vəsaiti istifadə etməyibsə, deməli, ona ehtiyacı olmayıb".