AQTA koronavirusun profilaktikası çərçivəsində 173 müəssisədə reyd keçirib FOTO


Digərləri 20 İyl 2020 18:55:00 174 0

AQTA koronavirusun profilaktikası çərçivəsində 173 müəssisədə reyd keçirib  FOTO

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Son.az AQTA-ya istinadən xəbər verir ki, 19 iyul 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 31 ictimai iaşə obyekti, 142 ərzaq satışı mağazası olmaqla ümumilikdə 173 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 61-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə: "Yeganə", "Xəzər", "Şəki" marketlər, Abbasov Elvin Murad oğluna, Alıyev Səbuhi Oqtay oğluna, Çolaxov Vüsal Nizami oğluna, Aşurov Vaqif Həqiqət oğluna, Quliyeva Xanım İsmayıl qızına, Bayramov Zaur Zakirəli oğluna, Səlimov Saleh Sahib oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə: Şabran rayonunda Zeynalov Seymur Xankişi oğluna, Sədrəddinov Hacıməmməd Eyyub oğluna, Balabəyov Baxış Balabəy oğluna, Cavadov Gündüz Qənbər oğluna, İsayev Mürsəl Əlövsət oğluna, Pirzadayev Bahadır Nadir oğluna məxsus kafelər Göyçay rayonunda "Göygöl", "İnci", "Bizim bağ", "Röya", "Nar", "De luxe" kafelər, Mikayılov Suliddin Mikayıl oğluna məxsus kafe, "Qoca qovaq" yeməkxanası, İsrafilov Ənvər Sirac oğluna məxsus market, "Ümid" ərzaq mağazası Şamaxı rayonunda "VİP", "888", "Favorit", "Qoşqar" marketlər, "Mədinə" dönər evi, "Zümrüd" restoranı İsmayıllı rayonunda "Paşa" market, "Mican", "Halal", "Samovar" və "Relax" kafelər Sabirabad rayonunda Xəlilov Namiq Güloğlan oğluna məxsus kafe, Mirzəyeva Səadət Məmmədxan qızına məxsus ərzaq mağazası Saatlı rayonunda Musayev Asif Feyzi oğluna və Məhərrəmov Seymur Yaqub oğluna məxsus ərzaq mağazaları Neftçala rayonunda Kərimov Abı Meybulla oğluna məxsus kafe Oğuz rayonunda Məmmədov Şirxan Fəxrəddin oğluna, Şabanov Azər Bayraməli oğluna, İsmayılov Səlahəddin Tariyel oğluna məxsus ərzaq mağazaları Yevlax rayonunda Həsənli Zəki Faiq oğluna, Misirov Çingiz Teyyub oğluna, Rəşidzadə Anar Sulika oğluna, Məmmədov Seymur İbiş oğluna məxsus ərzaq mağazaları, "Bəhrəm", "Murad", "Ömər" marketlər Lənkəran rayonunda Bağırov Altay Şahab oğluna məxsus "Cənub" market Gəncə şəhərində "Maliqoğlu", "Tüfər", "Zəhmət" marketlər, Zeynalova Ruhiyyə Möhsüm qızına məxsus market Gədəbəy rayonunda "Mor-mor", "Rafiq", "Nur", "Göyçə" kafelər

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.