Yoluxmalara artsa, yenidən sərtləşdirmə ola bilər


Digərləri 20 İyl 2020 18:34:00 171 0

Yoluxmalara artsa, yenidən sərtləşdirmə ola bilər

Yumşalmalara gedəndən sonra yeidən yoluxmalarda artım olsa, yəqin ki, yenidən sərtləşdirməyə getmək məcburiyyətində qalacağıq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

Ş.Mövsümov bildirib ki, burada insanların davranışından çox şey asılıdır: "Biz elə etməliyik ki, yenidən sərtləşdirmək məcburiyyətində qalmayaq. Buna görə də insanlar diqqətli olmalı, qaydalara riayət etməlidir. Hökumət də karantin istəmir. Hökumət istəyir ki, hər yer açıq olsun, insanlar işləsinlər, iqtisadiyyat inkişaf etsin, ancaq biz hazırda karantin rejiminə getməyə məcburuq".