84 qadını öldürən cani ona “manyak” deyilməməsini xahiş etdi FOTO


Dünya 20 İyl 2020 18:17:00 185 0

84 qadını öldürən cani ona “manyak” deyilməməsini xahiş etdi  FOTO

84 qadını öldürməkdə təqsirli bilinən və mediada "Anqarsk manyakı" kimi tanıdılan Mixail Popov bu cür adlandırılmağı sevmədiyini deyərək, belə çağırılmamasını istəyib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, iki dəfə ömürlük həbs cəzasına məhkum edilən rusiyalı qatil bu barədə lenta.ru saytına müsahibəsində danışıb.

"Məni belə adlandırılmasını xoşlamıram. Mən necə manyakam? Əlbəttə ki, bunun doğru və ya yanlış olduğunu şərh etmək fikrində deyiləm, amma belə adlandırılmaq istəmirəm. Düzdür, indi mənim fikrim heç bir əhəmiyyət kəsb etmir", - Popkov bildirib.

Qeyd edək ki, İrkutsk vilayətinin Anqarsk şəhərindən olan keçmiş polis işçisi Mixail Popkov xüsusi amansızlıqla 84 cinayət törətməkdə təqsirli bilinərək, iki dəfə ömürlük həbs cəzasına məhkum edilib. O, qurbanlarını əvvəl zorlayıb, sonra öldürürmüş.