Saatlıda oğul anasını ehtiyatsızlıqdan güllələyərək öldürdü


Digərləri 18 İyl 2020 16:05:00 218 0

Saatlıda oğul anasını ehtiyatsızlıqdan güllələyərək öldürdü

Saatlı rayonunda oğul anasını güllələyərək öldürüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Kamallı kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Qəmbərov Racil Zabil oğlu ehtiyatsızlıqdan anası, 1966-cı il təvəllüdlü Tovuz Fərman qızı Qəmbərovanı ov tüfəngindən açdığı atəşlə güllələyib. Qadın aldığı güllə yarasından hadisə yerində həyatını itirib.

Hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.

Faktla bağlı Saatlı Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.