Tanışlarını öldürməyə cəhd edən şəxslər tutuldular


Kriminal 18 İyl 2020 15:52:12 184 0

Tanışlarını öldürməyə cəhd edən şəxslər tutuldular

İyulun 16-da saat 23 radələrində 1982-ci il təvəllüdlü Sabirabad rayonu, Türkədi kənd sakini Fuad Məmmədovun çoxsaylı xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.

Son.az xəbər verir ki, Sabirabad Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, dərhal prokurorluq tərəfindən hadisə yerinə baxış keçirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışları 1981-ci il təvəllüdlü Mircavid Mövsümov və 1976-cı il təvəllüdlü Seyidəli Mövsümovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Fuad Məmmədovu qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.