Trinidad və Tobaqonun Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Siyasət 18 İyl 2020 15:44:34 131 0
Trinidad və Tobaqo Respublikasının Prezidenti Paula-Mae Uiksdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.
Zati-aliləri, Sizə xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".
Mənbə: milli.az