Gürcüstanda 8 nəfər koronavirusa yoluxub


Dünya 18 İyl 2020 15:30:00 144 0

Gürcüstanda 8 nəfər koronavirusa yoluxub

Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 8 yoluxma halı qeydə alınıb. 

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 018 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 627 nəfər karantində saxlanılır, 228 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 895 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.