Behişt əhli kimlərdir?


Digərləri 16 İyl 2020 21:05:00 170 0

Behişt əhli kimlərdir?

"Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar". ("Hud" 23).

O kəslər ki, Pərvərdigarın ibadətinə təkəbbür etməz, qəlbləri tövazökardır, heç bir zaman imanları titrəməz, saleh əməl yerinə yetirərlər. Bunlar xüsusi möminlər və bəsirət əhlidirlər, behişt əhlidirlər. Onlar bu saleh əməllərinə və Allah Təala qarşısında təvazökar olduqlarına görə behiştdə əbədi qalacaqlar. Allah bu ayədə bəsirət əhlinin xüsusiyyətlərini bəyan edir.

Allah buyurur ki, o kəslər ki, iman gətirib və saleh əməl yerinə yetiriblər, Onun vədinə təslim olmuşdular. Bu insanlar behişt səhabələridir. Orada cavidan qalacaqlar.

Son.az deyerler.org-a istinadən bildirir ki, iman, saleh əməl, Allah Təala qarşısında təslim olmaq elə bir həqiqətdir ki, bir-birinə aiddir. Çünki saleh əməl - iman ağacının meyvəsidir. O imanın ki, belə bir səmərəsi yoxdur, süst və dəyərsiz iman olar. Həmçinin təslim məsələsi və Allahın vədinə təslim olmaq - iman və saleh əməldəndir. Çünki düzgün etiqad və pak əməl insanın daxilində bu mələkuti sifəti meydana gətirər.

Bu ayədən bu üç nəticəni çıxartmaq olar:

1. Həqiqi möminlər Allah qarşısında təvazökardırlar.

2. Onlar Allahın əmrlərinə təlsimdirlər.

3. Onların Allahın vədinə etimadları vardır.