Türkiyə gəmisi enerji problemi yaşayan Qanaya işıq olacaq


Digərləri 16 İyl 2020 21:15:00 161 0

Türkiyə gəmisi enerji problemi yaşayan Qanaya işıq olacaq

Dünyanın ən böyük enerji gəmisi donanmasına malik Türkiyənin "Karadeniz Holding" şirkətinə məxsus "KPS Göksel Bey" adlı gəmisi Qanaya yola salınıb.  

Son.az seanews.az-a istinadən bildirir ki, gəmi Qananın Tokaradi şəhərinin elektrik enerjisinə olan ehtiyacını qarşılayacaq. Üzən vasitənin iyulun 20-də ünvana çatacağı bildirilir.

Qeyd edək ki, Karpowership Qananın ümumilikdə elektrik enerjisinə olan ehtiyacının 26%-ni təmin edir.