Hofele Maybach üslubunda dizayna malik olan GLE modelini hazırlayıb FOTO


Digərləri 16 İyl 2020 20:40:00 179 0

Hofele Maybach üslubunda dizayna malik olan GLE modelini hazırlayıb  FOTO

Hofele Design atelyesi yeni Ultimate HGLE layihəsini nümayiş etdirib. Maybach flaqmanının üslubunda hazırlanmış Mercedes-Benz GLE krossoveri iki rəngli sxem üzrə qara Obsidian Black ilə qızılı Tiffany Gold rənglərinə boyanıb.

Hofele Ultimate HGLE modeli adi krossoverdən şaquli zolaqları olan radiator barmaqlığı, 23-düymlük təkər diskləri, səsboğucu sistemin dörd çıxış borusu və iri diffuzoru ilə fərqlənir. Bundan başqa, arxa dirəklərdə, ön qanadlarda və barmaqlıqda Hofele firma loqotipləri quraşdırılmışdır.

Son.az autograph.az-a istinadən bildirir ki, salonda da yeniliklər mövcuddur: ikinci cərgədə kiçik əşyaları saxlamaq üçün çoxsaylı bölmələri olan geniş tunel ilə ayrılan fərdi oturacaqlar quraşdırılmışdır. Bütün oturacaqlar orijinal naxışı olan dəlikli Nappa dərisi ilə üzlənmişdirlər, döşəmə isə, əsl qoyun yundan hazırlanmış kilimlər ilə örtülmüşdür.

Maybach üslubunda olan Ultimate HGLE modeli 367 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli turbomühərrik ilə hərəkətə gəlir. Güc aqreqatı 9-pilləli avtomatik transmissiya ilə tandemdə çalışırr. Oxşar güc aqreqatına malik olan Mercedes-Benz GLE 450 modeli 100 km/saat həddini 5,8 saniyəyə toplayır.