Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı


Digərləri 16 İyl 2020 20:01:00 164 0

Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı

İslam dini xəstə din qardaşına baş çəkməyi müsəlmanın vacib haqqı hesab etmiş və onu İlahi vəzifə kimi tanıtmışdır. İmam Sadiq (ə) möminin başqa mömin üzərində 7 haqqı olduğunu buyurmuşdur ki, onlardan biri də xəstə olan zaman onu ziyarət etməkdir. Həzrət (ə) buyurur: "Hər bir müsəlmanın müsəlman qardaşının boynunda 7 vacib haqqı vardır ki, onların hamısı ona vacibdir. Əgər bir şey o haqdan zay olarsa, Allahın bəndəlik və vilayətindən xaric olar".

İmam Sadiq (ə) buyurur: "O mömin ki, mömin qardaşını xəstə vaxtı ziyarət edər, əgər səhər olarsa 70 min mələk onu müşayiət edər, onun yanında əyləşən zaman (Allahın) rəhməti onu əhatə edər və axşama qədər onun üçün istiğfar edərlər. Əgər axşam olarsa, həmin əcr səhərə qədər onun üçün olar".

İmam Sadiq (ə) buyurur: "Hər kim xəstə ziyarətinə gedər, 70 min mələk onu müşayiət edər və onun üçün bağışlanma istəyər o zamana qədər ki, mənzilinə qayıdar". (Beytutə)

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala Qiyamət günü buyurur: "Ey Adəm övladı! Mən xəstə oldum, məni ziyarət etmədin?". Deyər: "Allahım! Səni necə ziyarət edim ki, Sən - aləmlərin Pərvərdigarısan?". Buyurar: "Məgər bilmirdin ki, filan bəndəm xəstə idi və ziyarətinə getmədin. Məgər bilmirsən ki, əgər ziyarətinə getsəydin, Məni onun yanında tapardın?"".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Müsəlmanın müsəlman üzərində 5 haqqı vardır:

1. Onu görən zaman salam verər.

2. O zaman ki, dəvət edər, qəbul edər.

3. Xəstə olan zaman ziyarət edər.

4. Ölən zaman cənazəsini müşayiət edər.

5. Hər nəyi özü üçün istəyər, onun üçün də istəyər".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurur: "Hər kim üç gün xəstə olar və ziyarət edənlərin heç birinə şikayət etməzsə, malik olduğu ət və qandan daha yaxşısını onun yerinə qoyaram (əvəz edərəm)"".