Bakıda yük maşını yanıb


Digərləri 16 İyl 2020 19:27:00 161 0

Bakıda yük maşını yanıb

Paytaxt Bakıda yük maşını yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Sabunçu rayonu ərazisində, aeroport yolunda qeydə alınıb.

Hərəkətdə olan yük avtomobilinin mühərrik hissəsində başlayan yanğın bir anda bütün kabinəni bürüyüb.

Ətrafda olan insanların dəstəyi ilə hadisə baş verən yerə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb.

Son.az