Belarus mətbuatında erməni təxribatı pisləndi


Siyasət 16 İyl 2020 18:21:00 158 0

Belarus mətbuatında erməni təxribatı pisləndi

Belarus mətbuatında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribata dair məqalə dərc edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Belarusun belprauda.org saytında dərc edilən məqalədə Ermənistanın Azərbaycanla sərhədində təxribatı qətiyyətlə pislənilib.

"Ermənistanın dövlət sərhədində belə təxribatlar törətməsi ilk dəfə deyil. Bu hərbi təxribatlar nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olur. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edən bir ölkədir", - deyə məqalədə vurğulanır.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından fikirlərə geniş yer verilib.

Son.az