Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə səfər edib


Siyasət 16 İyl 2020 17:54:00 231 0

Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə səfər edib

Azərbaycan Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfər edib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, səfər çərçivəsində Ramiz Tahirov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb. Görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub.