Şəhid Nazim İsmayılov Ağstafada dəfn olundu


Digərləri 16 İyl 2020 18:15:00 258 0

Şəhid Nazim İsmayılov Ağstafada dəfn olundu

İyulun 16-da səhər saat 05:45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində davam edən əməliyyatlar zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

Son.az Trend-ə istinadən bildirir ki, şəhid hərbi qulluqçumuz İsmayılov Nazim Əfqan oğlu Ağstafanın Kolxəlfəli kəndində son mənzilə yola salınıb.

Dəfn mərasimindən Müdafiə Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi və sakinlər iştirak edib.