PUAlarımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var


Siyasət 16 İyl 2020 18:00:00 198 0

PUAlarımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı növbəti dəfə ermənilərə cavab verib.

Son.az xəbər verir ki, V. Dərgahlı Azərbaycan Ordusuna məxsus döyüş pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində Tavuş vilayətinin Çinari kənd sakini Aramais Hovakimyanın yaralandığı barədə Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatla bağlı Trend-ə açıqlamasında belə deyib:

"PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var. Əlbəttə, Azərbaycan zəngin və özünü təmin edən bir dövlətdir, lakin öz pulunu boş yerə xərcləməyəcək. Birincisi, əvvəllər dediyim kimi, heç vaxt yaşayış məntəqələrini atəşə tutmuruq. İkincisi, bizim PUA-lar üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var, məsələn, Ermənistan ordusunun mövqeləri. Biz də elə bunu edirik".