Koronavirus Azərbaycanda yeni peşələrin yaranmasına səbəb oldu


Digərləri 16 İyl 2020 16:11:00 189 0

Koronavirus Azərbaycanda yeni peşələrin yaranmasına səbəb oldu

"Koronavirus pandemiyası iqtisadiyyatın bir çox sahələrinə ciddi zərər vurmaqla yanaşı bir sıra sahələrin də önə çıxmasına səbəb oldu".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, pandemiya dövründə avtomatlaşdırmaya marağın artması və bu sahənin önə çıxması müşahidə olunur:

"Güman olunur ki, pandemiyanın davam edən aylarında, o cümlədən post-pandemiya dövründə xüsusən də avtomatlaşdırmaya daha çox önəm veriləcək. Bu da birbaşa pandemiya dövründə və gələcəkdə belə şoklar yaranarsa, onlayn menecmentin daha çox inkişaf etdirilməsi məqsədi daşıyır".

Deputatın fikrincə, pandemiya xüsusən ərzaq məhsullarının istehsalında qablaşdırmanın önə çıxmasına səbəb oldu: "Nəzərə alsaq ki, əvvəlki dövrlərdə açıq şəkildə satılan bir sıra ərzaq məhsulları artıq qablaşdırılır, qablaşdırma artıq bir yan sənaye olaraq önə çıxdı və guman olunur ki, növbəti dövrlərdə də həm qablaşdırma, həm qablaşdırma ilə bağlı dizayn sahəsinin inkişafı müşahidə olunacaq".