Vaqif Dərgahlının adından saxta profil açılıb


Digərləri 16 İyl 2020 16:33:00 162 0

Vaqif Dərgahlının adından saxta profil açılıb

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının fotosu ilə saxta "Facebook" profili açılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə V.Dərgahlı özü məlumat verib.

Xidmət rəisi bildirib ki, həmin profil saxtadır və onun elə bir profili yoxdur: "Mənim adımdan saxta "Facebook" profili açılıb. Xahiş edirəm buna inanmayın və profili şikayət edin".