Hamilə bloqerin ölüm səbəbi bəlli oldu


Dünya 16 İyl 2020 16:23:00 167 0

Hamilə bloqerin ölüm səbəbi bəlli oldu

Məşhur britaniyalı bloqer, 24 yaşlı Nikol Teanın ölməsinə səbəb ürək tutması olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, qohumlarının sözlərinə görə, Tea ölümündən az əvvəl sevgilisi Qlobal Boqaya kürəyindəki ağrılardan şikayət edibmiş.

Teanın nəfəs alarkən problem yaşadığı bildirilib. İlkin ehtimallara görə, qızın ürəyi qəflətən dayanıb.

Qeyd edək ki, gənc bloqer hamiləliyinin səkkizinci ayında Meksboro şəhərində vəfat edib. Onun doğulmamış körpəsi də həyatını itirib.