Milyarderlərin hesabını ələ keçirib 200 min qazandılar


Digərləri 16 İyl 2020 15:18:00 138 0

Milyarderlərin hesabını ələ keçirib 200 min qazandılar

İlon Mask, Bill Qeyts, Barak Obama, Kanye Uest, Ceff Bezos kimi bir çox məşhurun tvitter hesabı hakkerlərin hücumuna məruz qalıb.

Son.az axşam.az-a istinadən bildirir ki, həmin şəxslərin səhifəsində insanları bir bitcoin hesabına min dollar göndərmələri ilə bağlı paylaşım edilib. Vurğulanıb ki, həmin məbləğ artaraq, 2 min dollar həcmində geri qaytarılacaq.

Daha sonra paylaşım silinib və yenisi ilə əvəz olunub. Eyni zamanda "Göndərilən bütün ödənişlərə görə minnətdaram" tvitti yer alıb.

Qısa zamanda hesablar sahiblərinə qaytarılıb. Problemin səbəbi isə araşdırılır.

Yalnız İlon maskın profilindən yayımlanan statusa görə 38 min dollar göndərilib. Bütün səhifələrdən fırıldaqçıların ümumi qazancı isə 200 min dolları ötüb.