"Azərbaycan Ordusunun döyüş qabiliyyəti və döyüş ruhu çox yüksəkdir"


Digərləri 16 İyl 2020 13:56:00 162 0

"Azərbaycan Ordusunun döyüş qabiliyyəti və döyüş ruhu çox yüksəkdir"

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərinə və yaşayış məntəqələrinə ağır silahlardan da istifadə etməkə 12 iyul tarixindən başladıqları təxribat davam edir. Bu günlər ərzində ərazidə yerləşən hərbi birləşmələrimiz tərəfindən düşmənə sarcıdıcı zərbələr endirilmiş, düşmənin ağır texnikaları, istehkamları, müdafiə qurğuları, komanda idarəetmə məntəqələri darmadağın edilmişdir. Qarşı tərəf canlı qüvvə ilə 100 nəfərdən çox itgi verərək geri çəkilmişdir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib: "Qəhrəman Azərbaycan Ordusunun düşmənə vurduğu sarsıdıcı zərbələr onları panikaya salmışdır. Düşmən ordusunda ruh düşkünlüyü hökm sürür. Zabit və əsgərlər döyüşməkdən imtina edib qaçmaq istəyirlər. Lakin onlar məcburən saxlanılırlar və həbs edilirlər.

Bu döyüşlər göstərir ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və ruh yüksəkliyinə malikdir. Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hazırdır. Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək əzmindədir. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan - Ermənistan sərhədində baş verən döyüşlər bunu bir daha təsdiq edir.

Bu döyüşlər eyni zamanda Azərbaycan Ordusunun, onun əsgər və zabitlərinin qəhramanlıqlarını nümayiş etdirir. Azərbaycan zabitləri əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə Vətəni bərabər qoruduqlarını göstərir.

Azərbaycan xalqı fəxr edir ki, onun belə bir güclü və peşəkar ordusu var. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin dövlət səhədlərimizdə bundan sonra da törədə biləcəyi bütün təxribatlara layiqli cavab verəcək və lazım gəldikdə işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi üçün müvafiq tədbirləri həyata keçirəcəkdir".