Leysan Yaponiyada 15 mindən çox binaya ziyan vurub


Dünya 16 İyl 2020 11:55:00 175 0

Leysan Yaponiyada 15 mindən çox binaya ziyan vurub

Leysan yağışları Yaponiyadakı 47 prefekturanın 24-də ən az 15,3 min binaya ziyan vurub.

Son.az Trend-ə istinadən xəbər verir ki, ən böyük zərər cənub-qərbdəki Kumamoto prefekturasına dəyib, burada təxminən 8 min binaya zərər dəyib.

Leysan həmçinin ən az 54 mədəni irs obyektinə, o cümlədən YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan binalara ziyan vurub.

Son məlumata görə, leysan yağışlar nəticəsində 77 nəfər ölüb, daha 10 nəfər itkin düşüb.