Amazon şirkəti məsafədən iş rejimini 8 yanvar tarixinə qədər uzatdı


Dünya 16 İyl 2020 08:58:00 150 0

Amazon şirkəti məsafədən iş rejimini 8 yanvar tarixinə qədər uzatdı

Amazon şirkəti əməkdaşları üçün koronavirus pandemiyası fonunda yenidən məsafədən iş rejimini 8 yanvaradək uzatdı.

Son.az Trend-ə istinadən bildirir ki, qərar şamil ediləcək işçilərin sayı xəbərdə dəqiqləşdirilmir.

Şirkətin nümayəndəsi əlavə edib ki, Amazon ofisdən işləməyi üstün tutan işçilərin təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli dərəcədə vəsait ayırıb.

Daha əvvəl xəbər verildiyi kimi, may ayında bu şirkət evdən işləyə bilməkləri mümkün olan ixtisas sahiblərini vəzifələrini oktyabrın 2-dək evdən icra edə biləcəklərini bildirmişdir.