Türkiyənin cənubunda təyyarə qəzaya uğrayıb, 7 nəfər həlak olub


Dünya 16 İyl 2020 08:02:00 165 0

Türkiyənin cənubunda təyyarə qəzaya uğrayıb, 7 nəfər həlak olub

Türkiyənin cənubunda yerləşən Van vilayətində təhlükəsizlik qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə daxili işlər naziri Suleyman Soylu deyib.

Bildirilir ki, ən az 7 nəfər həlak olub, onlardan ikisi təyyarənin pilotları olub. Qəza yerli vaxtla saat 3-də baş verib.