İnsan tərifi sevən, təkəbbürlü, lovğa olanda, şeytan ona asanlıqla hücum edər


Digərləri 16 İyl 2020 08:05:00 169 0

İnsan tərifi sevən, təkəbbürlü, lovğa olanda, şeytan ona asanlıqla hücum edər

İnsan nə zaman günah işlətmək fikrinə düşsə, gərək onu yerinə yetirməsin. Şeytanın tələsinə düşmək yerinə Allaha pənah aparmalıdır. İmam Sadiq (ə) buyurur: "O kəs ki, günah fikrinə düşər, gərək onu yerinə yetirməsin. Çünki bəndə Allah Təala hüzurunda elə günaha düçar olar ki, Allah Təala buyurar: "İzzət və Cəlalıma and olsun ki, bundan sonra səni bağışlamayacağam"".

O kəs ki, özündən qafil olar, şeytan ondan qafil olmaz. Ona görə də insan gərək özünün hesab-kitabını bilsin. Sərmayəsindən yaxşı şəkildə istifadə etsin.

İmam Sadiq (ə) buyurur: "Şeytan bəndəni vəsvəsə etmək gücünə malik deyildir. Məgər o halda ki, o, Allahı yada salmaqdan qafil olar. Əmrini yüngül hesab edər və itaətsizliyə üz çevirər. Allahın sirrindən xəbərdar olduğunu unudar".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Nə zaman şeytan vəsvəsə etsə ki, haqq yolundan azdırsın, Allahı yadından aparsın, ondan Allaha pənah apar. (Allaha təvəkkül et). O, haqqın batilə qələbə çalmasına yardıma gələr. Məzluma yardım edər. Çünki Özü buyurur: "Şeytan, möminə və o kəsə ki, Allaha təvəkkül edər, hakim olmaz"".

İmam Əli (ə) buyurur: "Şeytanın hücum etməsi üçün ən əmin zaman o zamandır ki, insan təkəbbür, lovğalıq, xudbinlik kimi günah vəsvəsəsinə düçar olar. Başqalarının özü haqqındakı tərifini sevər".

Ona görə də şeytanın tələsindən xilas olmağın ən yaxşı yolu - Allahı daima xatırlamaq və yada salmaqdır. Heç bir ürək onu yada salmaqdan qalmamalı və heç bir dil Onu anmaqdan yorulmamalıdır. Bəşər həmişə ehtiyac sahibidir və ehtiyacı aradan qaldrımağın ən yaxşı amili Allahı yada salmaqdır. Ona görə də yerində və zamanında əgər bu fürsətdən istifadə olunmazsa insan həsrət çəkər.