Morqa yerləşdirilən "ölü" DİRİLDİ


Digərləri 15 İyl 2020 23:39:00 188 0

Morqa yerləşdirilən "ölü" DİRİLDİ

Kolumbiyanın Sinselejo şəhərində xəstə "ölü" sayılaraq morqa yerləşdirilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, 67 yaşlı Xuan Jose Munos Romero yüksək təzyiqlə xəstəxanaya gətirilib. Bir neçə saat sonra həkimlər xəstənin yaxınlarına Xuanın öldüyünü bildiriblər. Bundan başqa tibb müəssisəsində koronavirusla əlaqədar qoyulan məhdudiyyətləri əsas gətirərək, mərhumun meyitini ailəsinə göstərməkdən imtina ediblər.

Lakin Romeronun qızı atası ilə vidalaşmaq üçün gizlicə xəstəxana morquna girib. Orada o, atasının ölmədiyini aşkar edib. Lakin həkimlər, qızın ifadə etdiyi həyat əlamətlərinin ölümdən sonra müşahidə edilən normal fizioloji reaksiyalar olduğunu söyləyiblər.

Ancaq Xuanın qızı həkimlərə inanmayıb və atasını hazırda müalicə aldığı başqa bir xəstəxanaya köçürülməsini israr edib.