10 yaşlı məktəblinin selfi həvəsi faciə ilə bitdi


Dünya 15 İyl 2020 23:11:00 195 0

10 yaşlı məktəblinin selfi həvəsi faciə ilə bitdi

Effektli selfi çəkmək istəyi növbəti dəfə faciə ilə nəticələnib. Bu dəfə 10 yaşlı məktəbli həyatını itirib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.

Üçüncü sinif şagirdi olan məktəbli körpüdə dəmir yollarının fonunda şəkil çəkdirmək istəyib. Riskli selfi uğursuzluqla nəticələnib, uşaq yıxılıb.

Hadisə yerinə axtarış-xilasetmə bölməsinin əməkdaşları cəlb olunub. Məktəbli ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, uşaq aldığı travmalardan həyatını itirib.