67 yaşlı məşhur 29 yaşlı gözəllə eşq yaşayır FOTO


Digərləri 15 İyl 2020 22:40:00 218 0

67 yaşlı məşhur 29 yaşlı gözəllə eşq yaşayır  FOTO

Tanınmış aktyor Selçuk Yöntemin aktrisa Tuvana Turkayla eşq yaşadığı iddia edilib.

Son.az xəbər verir ki, 29 yaşlı kino ulduzu 67 yaşı tamam olan sənətçini instaqramda doğum günü münasibətilə təbrik edib. Aktyorla səmimi fotosunu paylaşan ulduz duyğusal təbrik yazıb:

"Sənin həyat sinfində təkrara düşməliyəm. Təkrar-təkrar oxumalıyam bütün qəlbindən keçənləri. Heç əylənmirəm kimi görünən bir yol olmalısan sən, hər cümlənlə ətrafını çiçəkləndirdiyin. Heç bir cümləmizin hissimizin boşluğa düşmədiyi, gülüşümüzün əksilmədiyini, gözəl günlərə, neçə illərə".

Aktrisanın paylaşımı qısa müddətdə diqqət çəkib, bir çoxları onun paylaşımını sevgi etirafı kimi qəbul edib. Lakin Tuvana daha sonra paylaşımını silmək qərarına gəlib. Doğum günü təbriklərinə görə, hər kəsə təşəkkür edən aktyor Tuvananın paylaşımı barədə heç bir fikir bildirməyib.

Doğum gününü dostları ilə qeyd edən Selçuk Yöntem müxbirlərin Tuvana ilə bağlı verdiyi suallara cavab verməkdən imtina edib. (publika.az)