Dövlətimizin sağlam igid oğullara və əsgərlərə ehtiyacı var Rəşad Mahmudov


Digərləri 15 İyl 2020 22:19:00 167 0

Dövlətimizin sağlam igid oğullara və əsgərlərə ehtiyacı var  Rəşad Mahmudov

"Bir nəsil dəyişdi, amma sənə qarşı olan sevgimiz və həyəcanımız heç dəyişmədi, ana yurdum Qarabağ! Bu həmrəyliyi görüncə bir daha əmin oldum ki, Ali Baş Komandanın əmrinə hazır olan Azərbaycan xalqının və Ordusunun zəfəri mütləqdir!"

Son.az bildirir ki, bu sözləri publika.az-a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin "Elmi Təcrübi və Tədris Mərkəzi"nin rəisi Rəşad Mahmudov Ordumuza dəstək məqsədilə keçirilən nümayişdə karantin tədbirlərinin pozulması haqqında danışarkən deyib.

"Xalqımızı bir yerdə görmək qürurverici mənzərədir, amma təəssüf ki, mövcud pandemiyanın ölkəmizdəki ən təhlükəli dövründə bu qədər insanın bir yerə toplaşması dövlətimizin bugünə qədər koronavirusla mübarizəsinin üzərindən xətt çəkdi, deyə bilərəm. Unutmayaq ki, Vətənimizi qorumaq, doğma Qarabağımızı işğaldan azad etmək üçün dövlətimizin sağlam, ağciyərində zədə olmayan igid oğullara və əsgərlərə ehtiyacı var", - R.Mahmudov vurğulayıb.