Antonio Quterreş: COVID19 bizi on illərlə geriyə ata bilər


Dünya 15 İyl 2020 19:47:00 123 0

Antonio Quterreş: COVID19 bizi on illərlə geriyə ata bilər

Dünya böhran içindədir; beynəlxalq birlik əvvəllər "normal" hesab edilən vəziyyətə hələ ki qayıda bilmir; dayanıqlı inkişaf prinsiplərinə əsaslanmış konkret və cəsarətli qərarlar qəbul etməyin vaxtı çatıb.

Son.az bildirir ki, AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bu, təşkilatın Baş katibi Antonio Quterreşin Dayanıqlı inkişaf problemləri üzrə Siyasi forumun iclasında səslənən çıxışının əsas tezisləridir.

BMT-nin Baş katibi deyib: "Gündəlik işimizdə biz daim çox sayda problemləri həll edirdik: yolverilməz yüksək yoxsulluq dərəcəsi, planetdə sürətlə pisləşən iqlim vəziyyəti, gender bərabərsizliyi və sosial proqramların maliyyələşdirilməsində nəhəng boşluqlar. Bu gün biz daha bir qlobal problemlə qarşılaşdıq. COVID-19 pandemiyasının yaratdığı böhranın ciddiliyi hamı üçün aydın olmalıdır".

Antonio Quterreş bildirib ki, pandemiya dövründə koronavirusa yoluxanların sayı 12 milyon nəfəri ötüb. Yoluxanlardan 550 min nəfəri həlak olub. Cari ilin ikinci rübündə təxminən 400 milyon iş yerinə bərabər olan iqtisadi potensial itirilib. Dünyada 1870-ci ildən bəri əhalinin adambaşına düşən gəlirlərinin ən kəskin azalması müşahidə olunur. Tezliklə 70-100 milyon insan son dərəcə yoxsul vəziyyətinə düşə bilər. İlin sonuna təxminən 265 milyon insan, çox güman ki, kəskin qida çatışmazlığı ilə üzləşəcək - bu, böhrandan öncəki rəqəmdən iki dəfə artıqdır.

Çətin bir şəraitdə irəliyə doğru qətiyyətli sıçrayış etməyə ehtiyac duyduğumuz bir anda, COVID-19 bizi illər və hətta on illərə geriyə ata bilər, çoxlu sayda ölkələr isə nəhəng maliyyə problemləri və iqtisadi tənəzzül ilə üzləşmək məcburiyyətində qalacaqlar.

Antonio Quterreş tədbir iştirakçılarını beynəlxalq birlik üçün böhranın nəticələrini tam şəkildə təhlil etmək üçün Siyasi forumdan səmərəli istifadə etməyə və hazırda məhdud iqtisadi resurslara malik ölkələrə xüsusi diqqət yetirməyə çağırıb.