Müəllimlərin işə qəbulu müsabiqəsində kimlərin iştirak edə biləcəyi məlum olub


Digərləri 15 İyl 2020 19:29:00 166 0

Müəllimlərin işə qəbulu müsabiqəsində kimlərin iştirak edə biləcəyi məlum olub

Müəllimlərin işə qəbulu müsabiqəsində kimlərin iştirak edə biləcəyi məlum olub.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, builki müsabiqədə hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Ötən tədris ilində müddətli müqavilə əsasında çalışıb hazırda işləməyən şəxslər də əmək müqaviləsi ləğv edildiyi üçün müsabiqədə iştirak edə bilərlər.