Mahsun və İvana Sərtdən şəhidlərimizlə bağlı paylaşım


Şou-biznes 15 İyl 2020 19:05:00 213 0

Mahsun və İvana Sərtdən şəhidlərimizlə bağlı paylaşım

Tovuz istiqamətində döyüşlərdə həlak olan şəhidlərlə bağlı sosial şəbəkədə minlərlə paylaşım olub.

Son.az axşam.az-a istinadən bildirir ki,cəbhə bölgəsində yaşanan hadisələrə türkiyəli tanınmışlar da biganə qalmayıblar.

Müğənni Mahsun Kırmızıgül İnstaqram hesabında "story" bölümündə şəhid olan general-mayor Polad Həşimovla bağlı paylaşım edib.

O, Həşimovun şəklini yayımlayaraq "Bacarıqlarına görə ona verilən evi şəhid ailəsinə bağışlayan, avtomobilini nazirliyə verib evinə metro ilə gedən, siyasətçilərin örnək alması gərəkən dürüst insan - general-mayor Polad Həşimov şəhid olub. Azərbaucan şəhidlərinə Allahdan rəhmət diləyirəm" sözlərini yazıb.